Milli Məclisdə büdcə müzakirələri başladı


15:31     02 Dekabr 2016 milli%20mec.jpg

Azərbaycan Respublikasının 2017-ci il üzrə büdcə zərfi Milli Məclis komitələrinin birgə iclasında müzakirə olunur.


Femida.az xəbər verir ki, bu gün müzakirələrdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsi, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr, Gənclər və idman, Reqional məsələlər və İnsan hüquqları komitələri iştirak edir.

Həmçinin iclasda maliyyə naziri Samir Şərifov, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov, Ombudsman Elmira Süleymanova da iştirak edir.

Qeyd edək ki, büdcə zərfinə “Azərbaycan Respublikasında 2017-cı il üçün yaşayış minimumu haqqında”, “Azərbaycan Respublikasında 2017-cı il üçün ehtiyac meyarının həddi haqqında”, “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2017-cı il büdcəsi haqqında” qanunlar, Milli Məclisin və Hesablama Palatasının 2017-cı il üçün xərclər smetaları daxildir.

Femida.az

Açar sözlər:

Oxunub: 973