İŞİD-çilərin apellyasiya şikayətinə baxılıb


13:16     03 Dekabr 2016 isid_rgj75476576t7.jpg

Bakı Apellyasiya Məhkəməsində Suriyada döyüşməkdə təqsirləndirilən Rufan Ağcabəyov və Vladimir Marfinin apellaysiya şikayətləri üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az xəbər verir ki, məhkəmə şikayətləri təmin etməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R. Ağcabəyov 13 il, V.Marfin 14 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Rufan Ağcabəyov və Vladimir Marfin ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş antiterror tədbirləri nəticəsində həbs ediliblər.

Onlar 2013-2015-ci illər ərzində müxtəlif vaxtlarda Suriya və İraq ərazisində həmin dövlətlərin, habelə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan ayrı-ayrı silahlı birləşmələrin, o cümlədən “İslam Dövləti (İŞİD)”, “Cəbhətül-Nusra” və “Cundu Şam” terrorçu təşkilatlarının fəaliyyətində iştirak etdikləri bildirilib.

Xaçmaz rayonunda anadan olan Rufan Ağcabəyovun qardaşı Urfan Ağcabəyov Suriyada öldürülüb. Azərbaycan hüquq-mühafizə orqanları onun barəsində bir neçə il əvvəl beynəlxalq axtarış elan edib və İnterpol üzrə axtarışa verilib. Hər iki qardaş Qarabağ müharibəsi iştirakçısı olub.

Onlar Cinayət Məcəlləsinin 12.1, 279.1-ci və 283-1.3-cü maddələri ilə ittiham olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 1189


Oxşar xəbərlər