Tərtərdə hakim partiyanın yeni binası açıldı


15:10     03 Dekabr 2016 yap%20terter7.jpg

Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Yeni Azərbaycan Partiyası (YAP) Tərtər rayon təşkilatının yeni inzibati binasının açılışında iştirak ediblər.


Femida.az -ın məlumatına görə, prezident rəmzi açılışı bildirən lenti kəsib, bina ilə tanış olub.

Məlumat verilib ki, binanın inşasına 2014-cü ildə başlanılıb və bu ilin avqustunda başa çatdırılıb.

Ümumi sahəsi 510 kvadratmetr olan ikimərtəbəli binada 50 yerlik iclas zalı, iş və texniki otaqlar yaradılıb.

Dövlət başçısı yeni binanın açılışı münasibətilə YAP Tərtər rayon təşkilatının üzvlərini təbrik edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1001