Akif Çovdarov aclıq aksiyasını dayandırıb
21:20 05 Dekabr 2016
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Femida.az -ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrlik etdiyi və jurnalistlərin iştirakı olmadan keçirilən prosesdə bildirilib ki, A. Çovdarovun səhhəti ilə bağlı ekspertiza keçirilməsi haqqında ötən iclaslarda vəkillər tərəfindən verilən vəsatətə ekspert rəy verib. Rəydə bildirilib ki, A. Çovdarov 40 gündən artıq aclıq aksiyası keçirdiyindən onun səhhəti ilə bağlı ekspertiza keçirmək mümkün deyil. Buna münasibət bildirən A. Çovdarov aclıq aksiyasını dayandırdığını deyib.
Onun ekspertizadan keçirilməsi üçün məhkəmə dekabrın 19-dək təxirə salınıb. A. Çovdarov ekspertizadan keçirildikdən sonra iclas davam edəcək.
Femida.az
Oxunub: 944
Oxşar xəbərlər
- Ali Məhkəmə Akif Çovdarovla bağlı qərarı elan edib
- "Vaksinlər AY.4.2 və ya "delta plus" ştamına qarşı effektlidir" - Akif Qurbanov
- Akif Mustafayev vəfat etdi
- Akif Çovdarov əfv edildi
- Prezident Akif Məlikovu təltif edib
- Akif Çovdarovun kasasiya şikayəti üzrə proses təxirə salınıb
- Akif Çovdarovla birgə həbs edilən polkovnik kassasiya şikayəti verib
- Akif Çovdarovla birgə həbs olunan MTN-nin vəzifəli şəxsi azadlığa çıxdı
- Akif Çovdarovun müdafiəsinə yeni vəkil qoşulub
- Akif Çovdarov Ali Məhkəməyə müraciət edib