Çikaqoda boksçu güllələnərək öldürüldü


01:59     06 Dekabr 2016 pic_b4f2959ae9c17428f725f4a3e94f649f.jpg

ABŞ-ın İllinoys ştatının Çikaqo şəhərində silahlı insident baş verib.


Femida.az “Lenta.ru”ya istinadən verdiyi məlumata görə, avtomobildə olan naməlum silahlı şəxslər amerikalı professional boksçu Ed Braunu güllələyiblər.

Hadisə 25 yaşlı boksçu təlimdən evinə qayıdarkən baş verib. Güllələr daha çox onun baş nahiyyəsinə dəyib. Xəstəxanaya yerləşdirilən boksçunun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd olunur ki, hadisənin baş verdiyi ərazidən keçən 19 yaşlı qız da ayağından yaralanıb.

Açar sözlər:

Oxunub: 1201


Oxşar xəbərlər