İndoneziyada gəmi batdı - 16 ölü


13:15     06 Dekabr 2016 indoneziya%20gemi.jpg

İndoneziya sahillərində göyərtəsində 16 nəfər olan gəmi batıb.


Femida.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident Madura adası yaxınlığında baş verib.

Gəminin qəzaya düşməsinin səbəbləri hələ ki, məlum deyil. Hadisə yerində irimiqyaslı axtarış-xilasedici əməliyyat davam etsə də, mal-qara daşıyan gəminin ekipaj üzvlərindən tapılanı yoxdur.

Bu, son günlərdə İndoneziyada baş verən sayca ikinci gəmi qəzasıdır. Dekabrın 4-də balıqçı gəmisinin qəzaya uğraması nəticəsində 7 nəfər ölüb, 4 nəfər itkin düşüb.

Femida.az

Açar sözlər:

Oxunub: 1026