Milli Məclisin növbəti iclası - Büdcə müzakirə ediləcək


13:23     06 Dekabr 2016 1394089084_milli-meclis-ssss.jpg

Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək.


Femida.az xəbər verir ki, iclasda 2017-ci ilin dövlət büdcəsi müzakirə olunacaq.

Ümumilikdə isə iclasın gündəliyinə 4 məsələ daxildir:

1. "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

2. "Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il
büdcəsi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

3. "Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

4. "Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında" Azərbaycan Respublikası qanununun layihəsi barədə

5. Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il üçün xərclər smetası haqqında

6. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında

Femida.az

Açar sözlər:

Oxunub: 1251