Ukrayna gömrüyünü ingilislərə verir


05:17     23 İyul 2015 eyfjgj_35867336.jpg

Ukrayna indi də gömrük xidmətinin idarəetməsini xarici ölkəyə həvalə edir.


Femida.az xəbər verir ki, bunu bu gün Ukraynanın baş naziri Arseni Yatsenyuk hökumətin iclasında bəyan edib. Onun sözlərinə görə, Qərbi Ukraynanın Zakarpatye, Lvov, Volınsk, Çernovtsı gömrük idarələri qısamüddətli olaraq Britaniya şirkətinin idarəetməsinə veriləcək.

Baş nazir deyib ki, bu pilot layihədir və eksperimental xarakter daşıyır. "Artıq bununla bağlı Dövlət fiksal xidmətinə lazımi tapşırıqlar verilib. Bu məsələdə biz Maliyə nazirliyi ilə eyni mövqedən çıxış edirik. Hesab edirik ki, bu bizim gömrükçülərə müsbət təcrübə qazanmasına imkan yaradacaq. Çünki Ukraynanın gömrük sistemi tamamilə korrupsiyaya uğrayıb. Bu yolla gömrük sistemində qısa zamanda islahatlara nail olmaq istəyirik", - deyə baş nazir gömrük sisteminin xarici ölkə idarəetməsinə verilməsini belə şərh edib.

Ukrayna gömrüyü Britaniyanın Srown Agents müstəqil şirkətinin idarəetməsinə veriləcək.

Açar sözlər:

Oxunub: 706