İlham Əliyev rusiyalı naziri qəbul edib


20:56     06 Dekabr 2016 7a21309ad260710c75fef3b2d090417e7.jpg

Azərbaycan prezidenti İlham Əliyev Rusiya daxili işlər naziri Vladimir Kolokoltsevi qəbul edib.

Femida.az-ın məlumatına görə, görüşdə Azərbaycan ilə Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən hüquq-mühafizə orqanları, daxili işlər nazirlikləri arasında uğurla inkişaf etdiyi bildirilib, bu sahədə əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi qeyd olunub.

Səfər zamanı daxili işlər nazirlikləri arasında qarşılıqlı fəaliyyət və əməkdaşlıqla bağlı məsələlərin müzakirə ediləcəyi vurğulanıb, əlaqələrimizin gələcəkdə daha da möhkəmləndiriləcəyinə əminlik ifadə olunub.

V. Kolokoltsev ölkələrimizin daxili işlər orqanları arasında əməkdaşlığa göstərdiyi diqqətə görə prezident İlham Əliyevə minnətdarlığını ifadə edib. Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinə toxunan V. Kolokoltsev sammitdə dövlət başçıları tərəfindən imzalanan Bəyannamənin qarşılıqlı faydalı əməkdaşlıq və birgə fəaliyyətlə bağlı məsələlərin müzakirəsi zamanı əlaqələrin inkişafı üçün əlavə stimul yaratdığını deyib.

Azərbaycan-Rusiya-İran prezidentlərinin birinci Bakı Sammitinin əhəmiyyətini yüksək qiymətləndirən prezident İlham Əliyev bu formatın artıq formalaşdığını və bunun, həmçinin regionda təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi işinə istiqamətləndiyini deyib.


Femida.az

Açar sözlər:

Oxunub: 1350