Avstriyanın yeni prezidenti məlum olub


19:37     06 Dekabr 2016 alexander_van_der_bellen_0612168.jpg

Avstriyada Yaşıllar partiyasının keçmiş sədri, 72 yaşlı Aleksandr van der Bellen ölkə prezidenti seçilib.


`RİA Novosti` agentliyinin yaydığı məlumata görə, yeni prezident seçicilərin 53,8 faiz səsini toplayıb.

O, sağ yönümlü Azadlıq partiyasının nümayəndəsi Norbert Hoferi üstələyib. N.Hofer 46,2 faiz səs toplayıb.

Avstriyada prezident seçkilərinin ikinci turu dekabrın 4-ü baş tutmuşdu.

Femida.az 1

Açar sözlər:

Oxunub: 1173