200 min hektara yaxın torpaq dövlətə qaytarıldı
22:46 08 Dekabr 2016
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən Bakı-Şamaxı avtomobil yolunun Hökməli-Müşviqabad hissəsində monitorinqlər keçirilib.
Komitədən Femida.az-a verilən məlumata görə, monitorinq zamanı bir sıra hallarda hüquqi və fiziki şəxslər tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların məqsədli təyinatının və kateqoriyasının özbaşına dəyişdirilməsi faktı aşkarlanıb. Belə ki, belə torpaqlarda qanunsuz tikinti işlərinin aparılması və əlavə torpaq sahəsinin zəbt olunması halları müəyyən edilib.
Monitorinq zamanı aşkar olunmuş pozuntu halları ilə bağlı İnzibati Xətalar və Cinayət Məcəlləsinin müvafiq maddələri ilə akt və protokollar tərtib olunub.
Komitənin indiyədək keçirdiyi belə monitorinqlər sayəsində istifadədən kənarda qalmış, eləcə də səmərəsiz istismar olunan 200 min hektara yaxın torpaq sahəsinin geri qaytarılması istiqamətində işlər aparılır.
Ümumilikdə, komitə tərəfindən keçirilən monitorinqlər nəticəsində İnzibati Xətalar Məcəlləsinin tələblərinə əsasən 1000-dən çox hal üzrə inzibati xətaya yol verimiş fiziki, hüquqi və vəzifəli şəxslər barədə inzibati protokollar tərtib edilib. Bunlardan 900 hal üzrə inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilərək müvafiq cərimələr tətbiq olunub.
Femida.az
Oxunub: 1272
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: "Rusiyanın daha 200 hərbçisi məhv edilib"
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir
- 200 000 qatlanma. “Samsung”un yeni qatlana bilən smartfonları nə qədər davamlıdır?
- “Zəfər” altsisteminə 200 minədək şəxsə dair məlumatlar daxil edilib
- Ukrayna MN: "Rusiyanın 24 200 hərbçisi məhv edilib"
- Ukraynada müharibədə ölən uşaqların sayı 200-ü keçib
- Ukraynada həlak olan uşaqların sayı 200-ə çatıb
- Ukrayna MN: "Rusiya 17 200 hərbçi itirib"
- Bakı sakini döyülərək 2000 manatı əlindən alınıb
- Rusiyanı tərk edən qlobal dünya şirkətlərinin sayı 200-ə çatıb