Sevinc Babayevanın oğlundan xəbər var


21:14     09 Dekabr 2016 sevinc%20babayevanin.jpg

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Ayxan Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.


Femida.az APA-ya istinadən verdiyi məlumata görə, hakim Samir Əliyevin sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşması elan edilib. Prokuror çıxışa hazırlaşmaq üçün vaxt istəyib.

Proses dekabrın 16-da davam edəcək.


Qeyd edək ki, hadisə fevralında Binəqədi qəsəbəsi 1-ci mədən, korpus 30 ünvanında baş verib. İbtidai istintaqın gəldiyi nəticəyə əsasən, əvvəllər məhkum olunmuş Ayxan Məmmədov öz evinin həyətində arvadı Günay Məmmədovanın baş, sinə və kürək nahiyələrindən bir neçə bıçaq zərbəsi vurub. Günay Məmmədova Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onu xilas etmək mümkün olub. Daha sonra Ayxan Məmmədovun polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, hadisə qısqanclıq zəminində baş verib. O, Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur. Xatırladaq ki, Ayxan Məmmədov Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı videolarda görünən Sevinc Babayevanın oğludur. Həmin zaman Sevinc Babayeva "İnterpol" xəttiylə axtarışa verilib. O, axtarışda olduğu vaxt Türkiyənin İstanbul şəhərində fəaliyyət göstərən hospitallardan birində ürək xəstəliyindən vəfat edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1097