Kürdəmirdə qəza - Qadın yerindəcə öldü


16:48     10 Dekabr 2016 piyada%20qadin.jpg

Kürdəmir rayonunda avtomobil piyadanı vurub.


DİN-dən Femida.az -a verilən məlumata görə, hadisə dekabrın 10-da saat 01 radələrində Kürdəmir rayonunun Qarabucaq kəndində qeydə alınıb.

Gəncə şəhər sakini Seymur Səfərquliyev idarə etdiyi "Mersedes" markalı avtomobillə yolu keçən Gürcüstan vətəndaşı Elşad Günbatovu vurub. Nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 1193