Lənkəranda 44 yaşlı kişi intihara cəhd edib


02:40     12 Dekabr 2016 intihar18.jpg

Lənkəranda intihara cəhd hadisəsi baş verib.


APA-nın cənub bürosunun məlumatına görə, hadisə dekabrın 11-də saat 21.00 radələrində şəhərin Müzəffər Nəsirli, 43 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1972-ci il təvəllüdlü Ramiz Aydın oğlu Zeynalov evinin pəncərəsinin şüşəsini sındıraraq qarın nahiyəsini kəsməklə intihara cəhd edib.

Hadisə barədə xəbər tutan yaxınları dərhal evə təcili yardım maşını çağırıblar. R.Zeynalov Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılan kimi əməliyyat blokuna götürülüb. Hazırda həkimlər onun həyatını xilas etmək üçün mümkün olan tədbirləri görürlər.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1074