Nurçular açıqladı: Yeni partiya yaradılır


22:47     23 İyul 2015 061220131106003894312_3.jpg

“Yeni partiyanın yaradılması üçün axtarışlar davam etdirilir”

Femida.az xəbər verir ki, bu açıqlama ilə nurçuların mətbu orqanı olan “Yeni Asiya” qəzetinin baş direktoru Kazım Güleçyüz çıxış edib. Türkiyə televiziyalarının birinə qonaq olan Kazım Güleçyüz hakim Ədalət və İnkişaf Partiyasının (AKP) son günlər mövqeyinin zəiflədiyini, bundan istifadə edərək bəzi partiya üzvlərinin yeni partiya yaratmaq üçün hazırlıqlar gördüyünü bildirib:

"AKP-nin çökmə müddətində partiya daxilində fikir ayrılığı daha qabarıq müşahidə olunur. Hüseyn Çelik "Ərdoğanın meydanlara enməsi seçkilərdə səsimizi itirməyimizə səbəb oldu”- dedi. Mehmet Ali Şahin "Təkbaşına iqtidar olacağıq” - dedi. Bu sözlər fikir ayrılığı yaradacaq. Yeni partiya hazırlıqlarının altdan alta aparıldığını eşidirik. Şəxsən iqtidar partiyası daxilində buna dair hazırlıqların səsləndirildiyini eşitmidik. Bu parçalanma əlamətləri, yaxın müddətdə daha konkret nəticələr verəcəkdir"

Şahverdi Şirinli
Femida.az

Açar sözlər:

Oxunub: 1663


Oxşar xəbərlər