Bağçalar özəlləşdirilməyəcək - Milli Məclisdə qərar


21:11     15 Dekabr 2016 teleqraf.com1412407529tet_12.jpg

Azərbaycanda məktəbə qədər təhsil müəssisələrinin özəlləşdirilməsi barədə təklif layihədən çıxarılıb.



Femida.az -ın məlumatına görə, bu barədə Milli məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı komitə sədri İsa Həbibbəyli bildirib.

İ. Həbibbəyli bildirib ki, məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi ilə bağlı müddəa ictimai narazılıq, o cümlədən deputatların etirazı səbəbindən layihə ikinci oxunuşda hazırlanarkən ləğv edilib: “Bununla da, Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi məsələsi qapanıb. Amma bizim qanunvericiliyin imkan verdiyi çərçivədə istənilən xarici və daxili investorlar məktəbəqədər təhsil müəssisəsinə müvafiq yatırımlar edə bilər. Lakin bu da dövlətin nəzarəti ilə olacaq”.

Açar sözlər:

Oxunub: 1277