Küçədə kişi meyiti tapılıb


14:25     16 Dekabr 2016 meyit%20yeni.jpg

Bakıda küçədən meyit tapılıb.


Yasamal rayon Polis İdarəsindən Femida.az -a bildirilib ki, Bakı Dairəvi Yolda üzərində xəsarətləri olan naməlum kişi meyitinin aşkarlanması barədə polisə məlumat daxil olub.

Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1978-ci il təvəllüdlü Teyyub Orucov olması müəyyən edilib.

Onun avtomobil vurması nəticəsində öldüyü güman edilir.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 904