Kənddə yaşayan gənc ailələrə şad xəbər


23:06     16 Dekabr 2016 lilyum_evleri_dis_cephe.jpg

Azərbaycanda ekoloji təmiz kənd təsərrüfatının inkişafı üzrə dövlət proqramı layihəsi hazırlanacaq.


Femida.az -ın məlumatına görə, bu barədə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsində deyilir. Məqsəd ekoloji təmiz bitkiçilik və ya heyvandarlıq məhsulları istehsalını artırmaqdır. Qeyd olunur ki, ekoloji təmiz kənd təsərrüfatının inkişafına nail olmaq üçün qanunverici bazanın təkmilləşdirilməsi və beynəlxalq qanunvericiliklə uyğunlaşdırılması məsələlərinə baxılacaq. Xüsusilə ekoloji təmiz kənd təsərrüfatı məhsullarının sertifikatlaşdırılması mexanizmlərinin yaradılması istiqamətində işlər görüləcək.

Bundan başqa 2020-ci ilədək Azərbaycanın kənd yerlərində yeni ailə qurmuş gənclərin mənzillə təminatı yaxşılaşdırılacaq. Qeyd olunur ki, kənd yerlərinin yaşayış üçün cəlbediciliyini artırmaq üçün mənzil tikintisinin stimullaşdırılması, xüsusilə də kənd yerlərində gənc ailələrin və gənc mütəxəssislərin mənzilə əlçatanlığının artırılması üçün tədbirlər həyata keçiriləcək.

Yol xəritəsində bildirilir ki, dövlətin sosial ipoteka siyasətindən kənd yerlərində yaşayan gənc ailələrin daha çox faydalanması üçün tədbirlər görüləcək. Cəbhə xəttinə yaxın kəndlərdə yaşayan gənc ailələrin mənzil probleminin həllinə xüsusi yanaşma tətbiq olunacaq.

Açar sözlər:

Oxunub: 4067