Efirdə söyüş söyənləri hansı cəza gözləyir? - Vəkildən açıqlama (VİDEO)


14:38     17 Dekabr 2016 lider.jpg

Azərbaycanda televiziyaların birində yayımlanan “Çıxış yolu” verilişində gəlin və qayınana arasında yaşanan anlaşılmazlıq söyüşlü mübahisə ilə nəticələnmişdi. Qeyd olunan veriliş mətbuatın və cəmiyyətin ciddi müzakirə mövzusu oldu. Məsələnin hüquqi tərəflərinə aydınlıq gətirməyə çalışacağıq. Efirdə yaranan mübahisəyə, söyüşə, təhqirə görə aparıcı, televiziya rəhbərləri və məsul şəxslər hansı məsuliyyəti daşıyır?Efir vasitəsi ilə kiminsə şəxsiyyəti təhqir olunarsa, hansı məsuliyyət yaranır? Mövzunu vəkil Sadiq Əfəndiyev Femida.az -a şərh edib.




“Hazırda qüvvədə olan mövcud qanunvericiliyə görə kütləvi informasiya vasitələrində, o cümlədən televiziyada şəxsin şərəf və ləyaqətinin nalayiq formada alçaldılması yaxud ləkələnməsi bu cür hərəkətlərə yol vermiş şəxs üçün həm cinayət, həm də mülki-hüquqi məsuliyyət yaradır. Bu baxımdan canlı efirdə bir-birilərinin ünvanlarına nalayiq ifadələr işlədən veriliş iştirakçılarının hüquqi məsuliyyəti danılmazdır. Ekspertin veriliş iştirakçısına emosional formada “yaxşı oğlan idinsə, Rəşadın başını niyə vaxtında kəsmirdin?!” deməsi isə əslində hüquq normalarının deyil, etik normaların pozulmasından xəbər verir. Çünki həmin ifadə cinayət qanununun nəzərdə tutduğu mənada cinayət törətməyə sövq edən təhrikçilik hərkətlərinin əlamətlərinə uyğun gəlmir.





Veriliş canlı yayımla, yəni əvvəlcədən lentə alınmadan ötürüldüyü üçün veriliş iştikaçısının qanunazidd hərəkətləri televiziyanın və həmin verilişin aparıcısının təqsiri ilə əhatə olunmur. Ona görə də onlar veriliş iştirakçılarının hər hansı bir neqativ hərəkətlərinə görə məsuliyyət daşımırlar. Lakin bu o demək deyildir ki, veriliş iştirakçılarının insanın şərəf və ləyaqətini alçaldan, böyük tamaşaçı auditoriyasına hörmətsizlikdə ifadə olunan hərəkətlərinə aparıcı və televiziyanın aidiyyəti əməkdaşları tərəfindən heç bir rekasiya verilməməli və onlar seyrçi mövqe tutmaqla kifayətlənməlidirlər. Əksinə bu cür hallarda müzakirənin normal məcraya yönəldilməsindən tutmuş, efirin dayandırılmasına kimi bütün zəruri tədbirlər görülməlidir.

Efirə getmiş süjetdən göründüyü kimi, dəvət olunmuş ekspertlə veriliş iştirakçısı arasında münasibətlərin gərginləşməsinə, veriliş iştirakçılarının bir-birilərini qarşlıqlı təhqir etməsinə baxmayaraq, verilişi idarə edən aparıcı tərəfindən adekvat təbirlər görülmür. Məsələn, veriliş iştirakçılarının təhqirlə bağlı aparıcının etdiyi xəbərdarlıqlara məhəl qoymamasına baxmayaraq, o, formal xəbərdarlığını təkrarlayaraq psixoloji gərginlik yaradan mövzu ilə bağlı aydınlaşdırıcı suallar verməklə, əslində veriliş iştirakçılarının bir daha geniş auditoriya qarşısında bir-birilərini nalayiq ifadələrlə təhqir etməsinə imkan yaratmış olur. Lakin nəzərə almaq lazımdır ki, bu cür vəziiyətdə efirin canlı yayım olması televiziyanı və aparıcını cinayət və mülki məsuliyyətdən azad etsə də, onları peşə etikasının tələbləri baxımından cavabdehlikdən azad etmir.”

Efirdə yaranan həmin gərgin anları təqdim edirik:



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 4243


Oxşar xəbərlər