435,6 min ton ət istehsal olunub


02:24     18 Dekabr 2016 inek.jpg

2016-cı ilin yanvar-noyabr aylarında 435,6 min ton, yaxud əvvəlki ilin yanvar-noyabr aylarına nisbətən 1,6 faiz çox diri çəkidə ət, 1 milyon 833,0 min ton (3,1 faiz çox) süd, 1470,6 milyon ədəd (4,8 faiz çox) yumurta, 16,5 min ton (1,6 faiz az) yun istehsal olunub.



Femida.az-ın Dövlət Statistika Komitəsinə istinadən məlumatına görə, 2015-ci ilin yanvar-noyabr ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 2,3 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 2,5 faiz, bitkiçilik məhsulları istehsalı isə 2,1 faiz artıb.

Açar sözlər:

Oxunub: 1407


Oxşar xəbərlər