Fransızları zəhərləyib, sonra soydular - Azərbaycanlılar saxlanıldı


15:08     19 Dekabr 2016 cdf29e6d77c9eacebb1e3d8be44dbf691.jpg

Moskva polisi Fransa vətəndaşlarını zəhərləyib sonra isə soyan azərbaycanlıları saxlayıb.


Femida.az Lent.az-a istiandən xəbər verir ki, 22 yaşlı Vəfadar Babayev və 26 yaşlı Nurlan Rəsulov Moskvanın Balaşixa qəsəbəsində həbs ediliblər.

Hər iki şəxs fransız Lazareff qardaşları və onların Tatyana adlı rəfiqələrinə qarşı quldurluqda ittiham olunurlar.

Məlumata görə, taksi fəaliyyəti ilə məşğul olan Babayev və Rəsulov öz qurbanlarını “Kreyzi Deyzi” gecə klubundan götürərək onları yaşadığı ünvana aparırmışlar. Amma yolda fransızları və Tatyananı psixotrop maddə qatılmış pivəyə qonaq edən sürücülər onların huşunu itirdiyini görüncə, maşını Moskva kənarına sürüblər. Bundan sonra hər üçünü meşə kənarına atan sürücülər onların pulunu və qiymətli əşyalarını götürərək aradan çıxıblar. Gecə qardaşlarda biri, Nioklas Lazareff soyuqdan donub. Aleksis Lazaref və Tatyana isə huşsuz halda tapılıblar.
Hazırda faktla bağlı cinayət işi qaldırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1372


Oxşar xəbərlər