Tarixdə iz qoyan 10 SUİ-QƏSD


14:33     20 Dekabr 2016 15542044_1764332220558208_8607606439032769949_n8.jpg

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun silahlı hücum nəticəsində öldürülməsi bu vaxta qədər baş verən sui-qəsd olaylarını ağıllara gətirdi.


Dünya tarixinə iz salan 10 sui-qəsd hadisəsini oxuculara təqdim edir.

1. Con Kennedi (1917-1963)



ABŞ-ın 35-ci prezidenti olan Con Kennedi 1960-cı ilin 22 noyabr tarixində Dallas şəhərində güllələnir.

2. Yuli Sezar (e.ə. 100 – e.ə. 44)



Roma imperatoru Yulu Sezar yürütdüyü siyasətlə həmişə mübahisə predmetinə çevrilib. O, e.ə. 44-cü ildə qətlə yetirilir.

3. Xəlifə Ömər (581-644)



Xəlifə Ömər 644-cü ildə yəhudi bir qul tərəfindən vergilər ədalətsiz vergi yığımına görə xəncərlənərək öldürülür.

4. Uğur Mumcu (1942-1993)



Qatı solçu olan Uğur Mumcu Türkiyədə tanınmış jurnalist idi. Onun 1993-cü ildə öldürülməsi böyük ajiotaja səbəb olsa da, indiyə kimi cinayətin üstü açılmayıb.

5. Nizamülmülk (1018-1092)



Dövlət üçün özünü fəda etdi. Ədalətli və güvənilir bir vəzir oldu. Həsən Sabbahı vəzifədən azad etdiyinə görə düşmən qazanır. Nəticədə o, 1092-ci ildə Sabbahın adamları tərəfindən öldürülür.

6. Mahatma Qandi (1869-1948)



Qandi Hindistanın İngilis müstəmləkəsindən azad olunması uğrunda başlanan azadlıq hərəkatının lideri olub. Həmişə şiddət və terrorizmi rədd edib. 1948-ci ildə bir sui-qəsd nəticəsində öldürülən Qandinin adı sivil itaətsizlik simvolu kimi yadda qalıb.

7. Abraham Linkoln (1809-1865)



Ən böyük arzusu müstəqil insanların yaşadığı, ağ-zənci ayrıseçkiliyinin aparılmadığı bir Amerika qurmaq idi. O, 1865-ci ilin 14 aprelində teatrda tamaşa izləyərkən sui-qəsdə məruz qalır. Bu, ABŞ-da prezidentlərə qarşı törədilər ilk sui-qəsd hadisəsi olaraq tarixə keçmişdir.

8. Martin Lüter Kinq (1929-1968)



Həyatı boyu irqi ayrıseçkiliyə qarşı mübarizə apardı. “Bir xəyalım var” adlı nitqi ilə tarixə düşdü. 1968-ci ilin 4 aprelində Memfisdə qaldığı motelin balkonunda sui-qəsd nəticəsində öldürüldü.

9. Hrant Dink (1954-2007)



Dink erməni əsilli Türkiyə vətəndaşı idi. Yetimxanada böyüdü. Erməni diasporuna xidmət etmədi. Təhdidlər aldı. AGOS qəzetinin önündə güllələnərək öldürüldü.

10. Bənazir Butto (1953-2007)



Pakistan hərbi çevrilişlərdən ən çox əziyyət çəkən ölkə idi. Bənazir Buttonun atası Əli Butto da hərbi çevrilişin ardından edam edilmişdi. Taleh elə gətirdi ki, qızı Bənazir də sürgündən qayıtdıqdan sonra tərəfdarları qarşısında çıxış edərkən süi-qəsdə məruz qalır.

Ceyhun Əhmədli

Açar sözlər:

Oxunub: 4470