93 yaşlı dövlət başçısı yenidən prezidentliyə namizəd oldu


22:05     20 Dekabr 2016 1482230105.jpg

Zimbabvenin 93 yaşlı dövlət başçısı Robert Muqabenin hakim partiyanın namizədi olaraq 2018-ci ildə keçirilməsi planlaşdırılan prezident seçkilərinə qatılacağı açıqlanıb.


Zimbabvedə iqtidar partiyası Zimbabve Afrika Milli Birlik- Vətənpərvər Cəbhəsi Muqabenin 2018-ci il prezident seçkisində namizəd olmasını təsdiq edib. Şənbə günü keçirilən partiya qurultayında partiyanın gənclər qanadı Muqabenin ömürlük dövlət başçısı olaraq elan edilməsini istəyib Gənclər qanadı lideri Kudzai Çipanqa isə Muqabenin sənədində Dövlət Başçısı Robert Muqabe yazılmalı olduğu deyib. 1980-ci ildə ölkənin müstəqilliyinin elan ediməsindən bu yana hakimiyyətdə olan Muqabe əvvəlcə Baş nazir, sonra da dövlət başçısı vəzifələrində olub.

Ölkə müxalifəti Muqabe və partiyasının, xüsusən iqtisadiyyat sahəsində ölkənin inkişafının önündəki ən böyük maneə olduğu fikrini müdafiə edir. İqtisadi böhranın yaşandığı ölkədə yerli pul vahidi əvəzinə ABŞ dolları, avro və funt-sterlinq istifadə edilməyə başlanmışdı. Avqustda paytaxt Hararedə Muqabe əleyhinə kütləvi aksiyalar keçirilmişdi.

Femida.az

Açar sözlər:

Oxunub: 757