Kubadan Azərbaycana çağırış: sərmayə qoyun


13:16     22 Dekabr 2016 trend_alfredo_nieves_portuondo_191216_029.jpg

Kuba hökuməti Azərbaycanlı investorları ölkə iqtisadiyyatına sərmayə qoymağa çağırır.


Femida.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində dekabrın 7-də səlahiyyətlərinin icrasına başlayan Kubanın Azərbaycandakı səfiri Alfredo Nieves Portuondo deyib.

Onun sözlərinə görə, Kuba hökuməti investisiyaların qorunmasını təmin etməyə hazırdır.

"Kubada 2014-cü ilin mart ayında xarici investisiyalar haqqında qanun quvvəyə minib. Ölkədə azad iqtisadi zonanın yaradılması elan edilib", - deyə Portuondo bildirib.

Onun sözlərinə görə, Azərbaycanlı investorlara maraqlı ola biləcək sahələrini müəyyənləşdirmək lazımdır: "Azərbaycan öz növbəsində əməkdaşlığın inkişafı üçün Kubaya bir çox sahələr təklif edə bilər. Məsələn, energetika sahəsi Kuba üçün maraqlı ola bilər".

Femida.az

Açar sözlər:

Oxunub: 604


Oxşar xəbərlər