Muxtar Maniyev dəfn olunub - YENİLƏNİB


19:20     22 Dekabr 2016 muxtar%20maniyev.jpg

Xalq artisti Muxtar Maniyevlə vida mərasimi başa çatıb.


Təzə Pir məscidində keçirilən vida mərasimində çıxış edən mədəniyyət və turizm naziri Əbülfəz Qarayev M. Maniyevin vəfatını Azərbaycan mədəniyyəti üçün ağır itki kimi dəyərləndirib.

Mərhum vida mərasiminin ardından Qala qəbiristanlıqda dəfn olunub.

Qeyd edək ki, M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox filmdə müxtəlif rollar oynayıb.

Aktyor dekabrın 22-də dünyasını dəyişib.

***

09:39

Xalq artisti Muxtar Maniyev vəfat edib.

Bu barədə Femida.az-a C. Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov məlumat verib. Xalq artisti şəkərli diabetdən əziyyət çəkirdi. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

M. Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.

Açar sözlər:

Oxunub: 1555