Öcalanın sağ qolu öldürüldü – ŞOK İDDİA


21:52     25 İyul 2015 pkk%20(1).jpg

1999-cu ildə Abdullah Öcalanın həbsindən sonra PKK-nın komandiri postunu ələ alan Murad Karayılan öldürülüb.


Bu barədə Türkiyənin “Yeni Akit” qəzeti yazıb.

Məlumata görə, terrorçu lider dünən gecə Diyabəkir hərbi bazasından havaya qalxan Türkiyənin 9 F-16 qırıcı təyyarələrinin Çukurcuda sərhədi keçərək İraqda PKK-nın mövqelərini bombalaması nəticəsində ölüb.

Beş bölgədə PKK-ya aid hərbi təlim mərkəzi, sığınacaqlar və minaatan batareyaları məhv edilib.

M. Karayılanın da məhz bu bombardman zamanı öldüyü iddia olunur. Lakin məlumat hələlik təsdiqini tapmayıb.

Açar sözlər:

Oxunub: 938