Ağaxan Abdullayev dəfn edilib


19:35     26 Dekabr 2016 agaxan-abdullayevla-vida-merasimi-16.jpg

Xalq artisti Ağaxan Abdullayevlə vida mərasimi başa çatıb.


Femida.az xəbər verir ki, Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirilən vida mərasimindən sonra mərhum sənətkar Türkan kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək, mərhum sənətkarla vida mərasimində Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, incəsənət xadimləri, ictimaiyyət nümayəndələri iştirak edib.

Femida.az

Açar sözlər:

Oxunub: 1496