Şagirdlərdən hərbçilərə bayram təbriki - FOTOLAR


19:30     26 Dekabr 2016 unnamed%20(4)2.jpg

Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi Qaradağ Rayon “N” saylı hərbi hissəsində təşkil olunmuş “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il” münasibətilə bayram konsertində iştirak edib.


Femida.az xəbər verir ki, 25 dekabr 2016-cı il tarixində Qaradağ rayon “N” saylı hərbi hissəsində Yeni il və 31-dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi günü münasibəti ilə bayram konserti təşkil edilib. Bayram konserti Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə həyata keçirilib.

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan Ə.Bakıxanov adına 6 nömrəli uşaq musiqi məktəbinin müəllim və şagird kollektivi Qaradağ Rayonu Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “N” saylı hərbi hissədə təşkil olunmuş “31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il” münasibətilə bayram konsertində iştirak ediblər.



Tədbiri müəllim X.Sadıqova açaraq 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə öncə əsgər-zabit heyətini, qonaqları salamladı və onlara xoş arzularını çatdırdı. Bildirdi ki, Dünya Azərbaycanlılarının Həmrəyliyi günü – Dünya Azərbaycanlılarının birliyi günüdür.

Tədbirin bədii hissəsində, vətənpərvərlik mövzusunda şeirlər, məktəbin müəllim və şagird kollektivinin ifa etdikləri mahnılar iştirakçılara xoş ovqat bəxş etdi.



Məktəbin “Şəms” Xalq Çalğı Alətləri ansamblının çıxışı və müəllim Kürsüm Bağıyevanın ifasında səslənən vətənpərvərlik mahnıları şənlik iştirakçılarının hər birinə xoş anlar yaşadıb.

Sonda “N” saylı hərbi hissənin komandiri tədbirdə fəal iştirak etdiklərinə görə iştirakçılara “Diplom” təqdim edib.

Açar sözlər:

Oxunub: 2109


Oxşar xəbərlər