Tu-154 teyyaresinin komandirinin meyiti tapıldı


01:22     27 Dekabr 2016 rusiya%20teyyare.jpg

Qara dənizdə qəzaya uğrayan Rusiya Müdafiə Nazirliyinə məxsus Tu-154 təyyarəsinin komandirinin meyiti tapılıb.


Apa-nın xəbərinə görə, bu barədə TASS agentliyinə hərbi mənbə məlumat verib.

“Xilasedicilər Tu-154 təyyarəsinin komandiri Roman Volkovun meyitini sudan çıxarıblar. Bu gün daha 70 nəfərin qalıqları aşkar edilib”, deyə mənbə bildirib.

Qeyd edək ki, dekabrın 25-də Soçi şəhərindən Suriyadakı Hmeymim aviabazasına uçan Tu-154 təyyarəsi havaya qalxdıqdan bir neçə dəqiqə sonra radarlardan itib. Təyyarənin qalıqları Soçidən 1,5 km aralıda Qara dənizdə tapılıb. Qəza nəticəsində təyyarədə olan 92 nəfər ölüb.

Femida.az

Açar sözlər:

Oxunub: 2275


Oxşar xəbərlər