Tehrandan ABŞ-a sərt mesaj - Suriya ilə bağlı


01:21     28 Dekabr 2016 f3cf335b6ec452ae5946c7e58e8246a9.jpg

“Tehran Suriya məsələsində heç vaxt ABŞ-la əməkdaşlıq etməyəcək”


Femida.az RT telekanalına istinadən xəbər verir ki, bunu İranın müdafiə naziri Hüseyn Deqhan bildirib.

O bildirib ki, ABŞ və onun müttəfiqləri nəinki silahlılarla mübarizəni aktivləşdirmək niyyətində deyillər, hətta, öz məqsədlərini güdərək, onları dəstəkləməyi planlaşdırırlar:

“Biz İŞİD-lə mübarizədə onların həqiqətən faydalı və ciddi rol oynamaq niyyətində olduqlarını görmürük, çünki onlar özləri terrorçuları yaradıblar və onların fəaliyyətində maraqlıdırlar. Ola bilsin ki, koalisiya qüvvələri terrorçuların zəiflənməsini istəyirlər, lakin onların məhv edilməsində maraqlı deyillər. Terrorçular bu bölgədə və dünyanın digər regionlarında stabilliyi pozmaq üçün istifadə olunan bir alətdir”.

Onun fikrincə, Tehran və Moskva Suriyada silahlılarla mübarizə proqramını Ankara ilə razılaşdıracağı təqdirdə bu ölkədə vəziyyət yaxşılaşaq.

Femida.az

Açar sözlər:

Oxunub: 1622