Aygün Kazımovadan əsgərlərə dəstək: `Onlara hər şey olar` (VİDEO)


16:43     28 Dekabr 2016 15747959_917041295098735_399306719_o.jpg

Xalq artisti Aygün Kazımova Femida.az vasitəsi ilə əsgərləri təbrik etdi.


31 Dekabr Dünya Azərbaycanlıların Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən tədbirdə media işçiləri onlar üçün nəzərdə tutulan məkandan uzaqlaşdırılıb. Bu Xalq artisti Aygün Kazımovanın səhnəyə çıxmasından bir neçə dəqiqə öncə baş verib. Lakin Femida.az -ın əsgərlərimizi Həmrəylik Günü və Yeni il münasibətilə təbrik üçün hazırlayacağı videovideçarx üçün Aygün Kazımova müsahibəyə razılıq verib. Hər zaman Azərbaycan ordusuna dəstək olan Xalq artisti səhnədən enərkən "Əsgərlər üçün hər şey olar" deyib və hərbçilərmizi təbrik edib.

“Bütün əsgərlərimizi, qardaşlarımızı Yeni il münasibəti ilə təbrik edirəm, sizin sayənizdə rahat yatırıq. Allah sizi var eləsin. Yeni iliniz mübarək. ”

Qeyd edək ki, Aygün Kazımova jurnalistlərin iradına münasibət bildirərkən deyib: “Əgər orada jurnalistlər mənə yaxınlaşsaydı və qovsaydım, o zaman onlar haqlı olardı. Ancaq öz adımdan deyə bilərəm ki, belə hal heç vaxt ola bilməz.”

Həmin görüntüləri təqdim edirik:



Miri Məcidli
Femida.az

Açar sözlər:

Oxunub: 12303