Tanışının maşınını qaçırdı - tutuldu


23:40     03 Yanvar 2017 1405689430_1391632478_cenubnews-hebs-yeni1.jpg

Bakıda tanışının avtomobilini qaçıran şəxs saxlanılıb.


Femida.az-ın DİN-in saytına istinadən verdiyi məlumata görə, yanvarın 1-də Nərimanov rayonu ərazisində yaşayan Oleq Litvalıyev 16-cı PB-yə müraciət edərək həmin gün Əli adlı tanışının ona məxsus "Chevrolet" markalı avtomobili evinin qarşısından qaçırmasını bildirib.

Nərimanov rayon 16-cı PB və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Əli Qurbanov tutulub.

Femida.az

Açar sözlər:

Oxunub: 1028


Oxşar xəbərlər