Ermənilər Trampdan niyə qorxur?


21:01     05 Yanvar 2017 trump-ugh.jpg

Amerika Birləşmiş Ştatlarında noyabrın 8-də keçirilən prezident seçkilərində qalib gələn Donald Trampın yanvarın 20-də andiçmə mərasimi keçiriləcək.


Femida.az xəbər verir ki, indi politoloqları ABŞ-ın 45-ci prezidentinin Ermənistan və Türkiyə əlaqələrinə münasibətinin necə olacağı maraqlandırır.

Prezident seçildikdən sonra bir dəfə də olsun Ermənistan barədə danışmayan və “erməni” sözünü dilə gətirməyən, nə Qarabağ münaqişəsi, nə qondarma erməni soyqırımı barədə heç vaxt söz açmayan Trampın erməni-türk əlaqələri ilə bağlı mövqeyində səssizlik hökm sürür. İstər Klinton, istərsə də Tramp seçki kampaniyalarında ermənilərə hər hansı bir vəd verilmədi. Bəzi ermənilərin fərdi olaraq Trampla yaxınlıqları olsa da erməni təşkilatlarının Trampla ciddi bir yaxınlığı yoxdur.

Digər tərəfdən Ağ Ev administrasiyasının rəhbəri olacaq şəxsin, anası yunan əslli Rayns Pribus olması hər şeyi yenidən düşünməyə vadar edir. Çünki "Yunan olmağım Tanrının bir lütfüdür" sözü ilə tanınan Pribusun, oktyabr ayında I Varfolomeyin Konstantinopol Pravoslav Kilsəsinin patriarxı seçilməsinin 25 illiyi ilə əlaqədar tərif dolu mesaj göndərmişdi. Rayns Pribusun ermənilərlə qan bağlılığı olmasa da, hazırkı situasiyada ermənilərin yeganə ümidi din qardaşlığınadır.

ABŞ Erməni Cəmiyyətinin Pribus və Trampın köməkçisi seçilən dindar xristian olaraq tanınan Mayk Pens vasitəsilə Trampa yaxınlaşacağı şübhəsizdir.

Digər tərəfdən milli təhlükəsizlik məsələləri üzrə Trampa məsləhətləri verəcək general Maykl Flinn Türkiyəni yaxından tanıyan "əhəmiyyətli bir müttəfiq"dir. Maykl Flinn isə islam əleyhinə çıxışları ilə tanınır.

Donald Trampın Yaxın Şərq və Cənubi Qafqaz regionun ilə bağlı Rusiya ilə razılaşaraq problemləri həll etməyə çalışacağı isə istisna edilmir. Cihadçılara qarşı Trump Rusiyanı müttəfiq olaraq görür. Həmçinin Tramp Putinə rəğbət bəsləyir və o güman ki, Rusiya ilə dostluq munasibətlərini saxlamağa çalışacaq.

Xatırladaq ki, Obama adminstrasiyası ölkəmizə münasibətdə xeyli ədalətsizliyə yol verib, indiki adminstrasiya bu səhvləri düzəldərək münasibətlərin əvvəlki vəziyyətə qayıdacağı şübhəsizdir. Çünki Azərbaycan Trampa yetərincə yaxşı tanış olan ölkədir. Tramp əvvəllər Azərbaycana investisiyalar həyata keçirdiyindən, bu baxımdan ölkənin cəlbediciliyini başa düşür. O, Azərbaycanda layihələr həyata keçirməyə də maraqlı olacaqdır.

Belə görünür ki, artıq Ermənistan və erməni diasporunun bir yolu var, o da Trampın inauqurasiyasına qədər əlllərindən gələni edəcəklər ki, onunla təmas qursunlar.

Oğuz Altay
Femida.az

Açar sözlər:

Oxunub: 6052