Uşaqları qəzalardan necə qoruyaq?- Ekspert şərh edir


00:45     07 Yanvar 2017 rebenok1.jpg

Eskalatorlarda qəzalar son zamanlar daha çox müşahidə olunur. Son belə bir qəza Bakı şəhəri, Nərimanov rayonunda yerləşən “Metropark” ticarət mərkəzində baş verib. Belə ki, 2010-cu il təvəllüdlü uşağın ayağı eskalatora ilişib və barmağının bir hissəsi qopub. Azyaşlı xəstəxanaya çatdırılıb, onun ayağının bir barmağı amputasiya olunub.Bu hadisə nə birinci, nə də sonuncudur.



Belə ki, 8 iyun, 2005-ci il tarixdə o zaman "İçəri şəhər" stansiyasında enən eskalatorda qəza zamanı 1 nəfər həlak olub, 11 nəfər xəsarət almışdı.
Bütün bunlar təhülkəsizlik məsələsini bir daha ön plana çəkir. Bəs, eskalatorlarda özümüzü və uşaqları necə qoruyaq?

Mövzu ilə bağlı sualları təhlükəsizlik üzrə eskpert Elmar Nurəliyev cavablandırıb.





“Ticarət mərkəzlərində bu cür hadisələr istər bizdə, istərsə də digər ölkələrdə bas verib. 2015 -ci ildə Çində "Anilang" ticarət mərkəzində ana və 2 yaşlı uşaq faciə ilə üzləşmişdi. Eskalatorun çıxışındaki lövhənin sınması nəticəsində usaq son anda xilas edilsə də, ana vəfat etmişdi.
Eskalatorlar , liftlər və kanatlardan istifadə müvafiq qanunla tənzimlənir. Texniki təhlükəsizlik haqqında Azərbaycan Respublikasının Qanunu 2 noyabr 1999 -cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən təsdiq edilib. Bu qanun təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının hüquqi, iqtisadi və sosial əsaslarını müəyyənləşdirir, obyektləri istismar edən hüquqi və fiziki səxslərin baş verə biləcək qəzaların qarşısını almağa və baş vermiş qəzaların nəticələrini aradan qaldırmağını tənzimləyir.
Həmin qanunda "Təhlükə Potensiallı İstehsal Obyektləri " sırasında stasionar şəkildə quraşdırılmış səyyar yükqaldıran mexanizmlər eskalator , kanat yolları, funikuliyorlar və liftlər göstərilib.

Ona görə bu məsələyə daha ciddi yanaşılması daha məqsədə uyğundur. Eskalatorlarda görünən traparetlerin vurulması , 12 yaşına qədər olan uşaqların eskalatora minəndə və düşəndə valideynlərinin daha diqqətli olmasını yazmaqla bildiriş vermək olar. Bu qayda beynəlxalq təcrübədə də istifadə olunur. Rusiyanın Federal Xidmətinin 13 yanvar 2014 -cü ilde "Eskalatorlarda təhlükəsizlik qaydaları " haqqında qanunda təhlükəsizlik məsələlərinə aid bəndlər var. Biz də beynəlxalq təcrübədən istifadə edə bilərik. Çünki bu bizim təhlükəsizliyimiz üçün lazımdır.”

Miri Məcidli
Femida.az


Açar sözlər:

Oxunub: 2222