Həbsxanada qiyam - Ölənlər var


01:20     09 Yanvar 2017 1407932396_ata-qatili-hebsxanada-olub-cenubnews.jpg

Braziliyanın şimalında növbəti həbsxana qiyamı baş verib.


Femida.az -ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Amazonas ştatının ictimai təhlükəsizlik üzrə rəhbəri Serciu Fontes məlumat verib.

Manaus ştatında yerləşən həbsxanada baş verən qiyam nəticəsində 4 nəfər ölüb. İnsidentin səbəbi hələ ki, məlum deyil.

Son bir həftə ərzində Braziliyada baş verən üç həbsxana qiyamı 100-dək insanın həyatına son qoyub.

Açar sözlər:

Oxunub: 1272