Bakıda ailə faciəsi - Xalası ilə birgə boğuldu


13:49     09 Yanvar 2017 meyit%20yeni.jpg

Bakıda dəm qazı ailə faciəsinə səbəb olub.


Nizami rayon Polis İdarəsindən Femida.az-a verilən məlumata görə, hadisə rayonun Bəhruz Nuroyev küçəsi 81 ünvanında yerləşən yataqxanada qeydə alınıb. Orada yaşayanlar - 23 yaşlı Cəfər Elşad oğlu Quliyev və xalası, 50 yaşlı Sevinc Allahverdi qızı Əliyeva dəm qazından boğularaq ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 3038