İstanbul-Bakı aviareysi yubanır


21:55     09 Yanvar 2017 THY-7378W_PR_img01_PR-0413-640x325.jpg

“Azərbaycan Hava Yolları” QSC-nin İstanbul-Bakı aviareysi qeyri-müəyyən müddətədək təxirə salınıb.


Bu barədə Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanı məlumat yayıb.

Məlumatda qeyd olunur ki, həmin reys Bakıya saat 17:05-də çatmalı idi. Lakin, İstanbulda davam edən kəskin hava şərtləri ilə əlaqədar Atatürk hava limanından çox sayda uçuş təxirə salınıb.

Hazırda həmin reysin nə vaxt həyata keçiriləcəyi məlum deyil.

Qeyd edək ki, 4 gündür İstanbulda qarlı-şaxtalı hava şəraiti davam edir. Bu səbəbdən şənbə və bazar günlərində hava limanlarında mindən çox aviareys təxirə salınmışdı. Eləcə də hazırda Bosfor boğazında bərə nəqliyyatı dayandırılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 930