Zığda sürüşmə aktivləşdi - Divarlar çatladı
15:50 10 Yanvar 2017
“Zığda lokal sahələrdə sürüşmə prosesi aktivləşib. Tikililərin divarlarında, torpaq qatındakı çatlarda genişlənmələr müşahidə olunur”.
Bunu Femida.az-ın Apa-ya istinadən xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının dəstə rəisi Rafiq Həsənov deyib. O bildirib ki, Bakının Kürdəxanı qəsəbəsi “Yeni massiv” adlı yaşayış sahəsində subasma hadisəsi baş verib, ərazidə qrunt sularının səviyyəsi qalxıb.
R. Həsənov qeyd edib ki, həmin ərazinin su ilə basılması ilk dəfədir baş verib: “Ərazidə proses bir neçə ay bundan qabaq başlayıb. Hazırda ərazinin su ilə basılması müşahidə olunur. Kürdəxanıda həm üst, həm də qrunt sularının səviyyəsi qalxıb. Buna səbəb ərazidə kanalizasiya xəttinin, drenaj şəbəkəsinin olmamasıdır. Həm də orada əhalinin və evlərin sayı artıb. Buna görə şambolar tikilib. Bütün təsərrüfat, məişət suları şambolara, yerin təkinə vurulur. Nəticədə isə qrunt sularının səviyyəsi qalxır”.
Femida.az
Oxunub: 1336
Oxşar xəbərlər
- `Ölüm son deyil...` - İntihar edən şairin son şeiri və FOTOLARI
- Mübahisə qanla bitdi: 32 yaşlı kişi bıçaqlandı
- Çitə, məhrək, deltaplan... - Orfoqrafiya sözlüyündə yeni sözlər
- Bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacaq
- Bakıda üçmərtəbəli bina yandı - Ev sahibi xilas edildi
- Yeni ili sərxoş qarşılayanlar... - 13 nəfər ölümdən döndü
- Türkiyə XİN: `ABŞ İrandakı hadisələri qızışdırır`
- Ruhani söz verdi: İqtisadi problemlər həll ediləcək
- Oqtay Şirəliyev: “Təbabət elmimiz zamanla ayaqlaşmır”
- Bakı sakinlərinə ŞAD XƏBƏR: Avtobuslar bu saata qədər işləyəcək