Bəhreyndə müxalif fəallar edam olunacaq


22:26     10 Yanvar 2017 behreyn%20siyasi%20mehbus3.jpg

Bəhreyn apelyasiya məhkəməsi paytaxt Manama yaxınlığında baş verən partlayışda ittiham olunan 3 müxalif fəal barədə şikayətə baxıb.


Məhkəmə edam qərarlarını təsdiqləyib və ittiham olunan tərəfin şikayətini təmin etməyib.

Bundan əlavə Bəhreyn apellyasiya məhkəməsi bu iş üzrə ittiham olunan 7 nəfər barəsində də ömürlük həbs cəzası verib.

Qeyd edək ki, ötən il Bəhreynin paytaxtı Manama şəhəri yaxınlığında baş verən partlayışda 10-dan çox polis ölmüşdü. Hökumət partlayışda 10 müxalif fəalın əli olduğunu ittiham edərək həbslər reallaşdırmışdı.

Femida.az

Açar sözlər:

Oxunub: 835