Səngəçalda yenidən partlayış oldu - VİDEO


02:16     11 Yanvar 2017 partlayis%20sengecal1.jpg

Qaradağ rayonunun Səngəçal qəsəbəsində ötən ay partlayış baş vermiş qaz xəttinin yaxınlığında partlayış olub.


Femida.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiəsi Təşkilatının rəhbəri Mirvati Qəhrəmanlı məlumat yayıb.

Onun sözlərinə görə, hadisə 20:30 radələrində baş verib. “Qəza bundan öncə partlayış baş verən əraziyə yaxındır”.

Hələki partlayışla bağlı rəsmi açıqlama verilməyib.

Qeyd edək ki, 2016-cı il, dekabrın 27-də Qaz Emalı Zavodundan Səngəçal Baş Qurğularına gedən, diametri 1000 mm-lik magistral qaz kəmərində partlayış və yanğın baş vermişdi.



Femida.az

Açar sözlər:

Oxunub: 2947