Açılışı dayandırın! Stadion partlayacaq! Allahu Əkbər!


14:15     11 Yanvar 2017 tutulub7.jpg

Bakı Apellyasiya Məhkəməsində “Avropa Oyunları”nın açılış günü Olimpiya Stadionunda partlayış edəcəyi barədə Fövqəladə Hallar Nazirliyinə xəbərdarlıq etməkdə təqsirləndirilən Aydın Xudiyevin apellyasiya şikayətinə baxılıb.


Femida.az-ın məlumatına görə, məhkəmə şikayəti təmin etməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə A.Xudiyev 7 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A. Xudiyev apellyasiya şikayəti verərək cəzasının azaldılmasını istəyib.

İttiham aktına görə, Aydın Xudiyev 2015-ci ilin iyunun 12-də, Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin "112 qaynar xətti"nə zəng edərək kasetdə yazılan “Açılışı dayandırın! Stadion partlayacaq! Allahu Əkbər!” sözlərini səsləndirib. İyunun 15-də əməliyyat keçirilib və Aydın Xudiyev saxlanılıb.

Onun evindən “Sony” markalı diktofon və “Panasonic” markalı kaset aşkarlanaraq götürülüb. Evdən tapılan kasetdə 102-yə zəng zamanı səsləndirilən nitq aşkarlanıb. O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olunub.

Xatırladaq ki, A.Xudiyev "Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə" İctimai Birliyinin rəhbəri olub.

Femida.az

Açar sözlər:

Oxunub: 6512


Oxşar xəbərlər