Türkiyədən İsrailə ilk nümayəndə heyəti gedəcək

20:41     11 Yanvar 2017 bekir%20boz.jpg

Fevralın 7-8-də Türkiyədən ilk nümayəndə heyəti İsrailə səfər edəcək. Bunu ölkənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.


Məlumata görə, səfərdə məqsəd azad ticarət sahəsində razılaşmanı genişləndirməkdir. Türkiyə və İsrail nümayəndələri münasibətlərin normallaşması haqqında sazişi iyun ayında imzalayıb.

Müqaviləyə əsasən, İsrail 2010-cu ildə baş vermiş və iki ölkə arasında münasibətlərin pisləşməsinə səbəb olan "Mavi Mərmərə" gəmisi ilə bağlı hadisə ilə əlaqədar Türkiyəyə 20 milyon dollar təzminat ödəmək məcburiyyətində qalıb.

Hər iki dövlətin bir-brində səfirliyi və səfirləri fəaliyyət göstərir.

Femida.az

Açar sözlər:

Oxunub: 802