Ər-arvadın davası təyyarəni göydən endirdi


15:46     13 Yanvar 2017 Turkish_Airlines-3003.jpg

İstanbuldan Kilimancaroya uçan təyyarə geri qayıtmağa məcbur olub.


Femida.az Sabah-a istinadən xəbər verir ki, buna səbəb ər-arvad arasında yaranan mübahisə olub. "Türk Hava Yolları"na məxsus təyyarə 151 sərnişinlə yerli vaxtla saat 19:30-da Atatürk Hava Limanından havaya qalxıb. Təyyarə Qahirə şəhəri üzərində olarkən sərnişinlərdən Anton Cestnik və həyat yoldaşı Klaudiya Cestnik dalaşmağa başlayıblar.

Təyyarədə dava-dalaşın qarşısını ala bilməyən ekipaj üzvlərini sakitləşdirmək mümkün olmayıb. Bunu görən pilot Atatürk Hava Limanına dönməklə bağlı qərar qəbul edib.Polis əməkdaşları mübahisə edən sərnişinləri polis bölməsinə aparıblar.

Daha sonra təyyarə 149 sərnişinlə Kilimancaroya səfərini saat 03:31-də davam etdirib.

Oğuz Altay
Femida.az

Açar sözlər:

Oxunub: 1633


Oxşar xəbərlər