Cenevrə danışıqları nəticə verməyib


01:44     14 Yanvar 2017 cenevre%20danisiqlari.jpg

Cenevrədə Kiprə dair beynəlxalq konfrans hər hansı konkret nəticə olmadan başa çatıb. Danışıqlar davam etdiriləcək.



Kipr Respublikası hökumətinin nümayəndəsi Nikos Xristodulidis yanvarın 12-də axşamdan keçmiş bəyan edib: “Başlanğıc üçün bütün tərəfləri təmsil edən ekspertlər yanvarın 18-də görüşəcəklər”.

Nikos Xristodulidisin sözlərinə görə, ekspertlər təhlükəsizliklə bağlı bəzi mövzular üzərində işlədikdən sonra iştirakçı tərəflər danışıqların yeni raundunu keçirəcəklər. Yunanıstanın xarici işlər naziri Nikos Kotzias elə həmin gün bildirib ki, ekspertlər qrupu silahlar və Kiprdə yerləşən Yunanıstan, eləcə də Türkiyə qoşunlarının sayı barədə hesabat təqdim etməlidir.

N.Kotzias fikrinə aydınlıq gətirərək deyib ki, BMT-nin vasitəçiliyi, Kipr Prezidenti Nikos Anastasiadisin, adanın türk hissəsinin lideri Mustafa Akınçının, eləcə də qarant dövlətlərin - Böyük Britaniya, Yunanıstan və Türkiyənin xarici işlər nazirlərinin iştirakı ilə danışıqlar yanvarın 23-də davam etdirilə bilər.

1974-cü ildən davam edən münaqişənin aradan qaldırılması ilə bağlı başlıca məsələlərdən biri qarant dövlətlərin sistemidir. Yunanıstan tərəfi bu sistemi anaxronizm hesab edir, onu Kipr, Yunanıstan və Türkiyə arasında dostluq və əməkdaşlıq haqqında müqavilə ilə əvəzləməyi təklif edir. Rəsmi Ankara isə sistemin saxlanılmasında və adada Türkiyə hərbi kontingentinin yerləşdirilməsinin davam etdirilməsində israrlıdır. (Azərtac)

Açar sözlər:

Oxunub: 1128