Tailanda 41 nəfər ölüb


16:42     15 Yanvar 2017 image324.jpeg

Tailandın cənubunda musson yağışların yol açdığı təbii fəlakət nəticəsində 41 nəfər həyatını itirib.

Femida.az-ın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Tailand Fövqəladə Halların Ləğvi üzrə Departament məlumat yayıb.

Xəsarət alan 9 nəfərdən 6 nəfərin durumu yaxşılaşır, su basan regionlarda su səviyyəsi aşağı düşür. Son iki həftə ərzində uçuş-eniş xətlərini su basması nəticəsində fəaliyyətini dayandırmış Nakxonsitxammarat əyalətindəki aeroport də fəaliyyətini bərpa edib. Bununla belə, sinoptiklər 16-20 yanvar tarixlərində yeni musson yağışlar proqnozlaşdırır. Yağışlar turistlər arasında məşhur olan Pxuket adası və Krabi əyalətində daha intensiv olacaq. Meteoroloqlar subasma barədə xəbərdarlıq ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 970


Oxşar xəbərlər