İlham Əliyevin məqaləsi nüfuzlu nəşrdə
03:50 18 Yanvar 2017
Azərbaycanın Bolqarıstandakı səfirliyinin təşəbbüsü ilə Bolqarıstanda geniş oxuyucu auditoriyasına malik və nüfuzlu qəzetlərdən biri olan “24 часа” qəzetinin 16 yanvar 2017-cı il tarixli buraxılışında Azərbaycan Prezidenti İlham Əliyevin Davos İqtisadi Forum üçün nəzərdə tutulmuş “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsi dərc olunub.
Səfirlikdən Femida.az-a verilən məlumata görə, məqalədə Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər, ölkədə həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər, eləcə də Azərbaycanın hazırda üzləşdiyi çağırışlar və onlara cavab olaraq atılan adekvat addımlar barədə bəhs olunur. Azərbaycan iqtisadiyyatının enerji və nəqliyyat-tranzit sahələrini əhatə edən qlobal əhəmiyyətli layihələrdən bəhs edilərək, bu layihələrin ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafı işinə də xidmət edəcəyi qeyd olunur.
Məqalədə, həmçinin əsrlər boyu müxtəlif etnik qruplar və dini icmaların nümayəndələrinin Azərbaycanda sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadıqları qeyd olunur, ölkəmizdə multikulturalizm siyasətinin davam etdirilməsi istiqamətində atılmış addımlar barədə geniş məlumat verilir.
Qeyd edək ki, Bolqarıstanın ən böyük nəşriyyat qrupu olan “Media Group Bulgaria” tərəfindən 1991-ci ildən bolqar dilində nəşr olunan “24 часа” gündəlik qəzeti həftə içi 52 200 nüsxə, həftə sonu isə 97 820 nüsxə tirajla bütün Bolqarıstanda yayılır.
Oxunub: 1904
Oxşar xəbərlər
- İlham Əliyev yol tikintisi ilə bağlı sərəncam imzaladı
- İlham Əliyev ötən il 28 rayona 31 səfər edib
- İlham Əliyev yol tikintisinə pul ayırdı
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- İlham Əliyev Raul Kastronu təbrik etdi
- İlham Əliyev Abşeronda açılışda
- İlham Əliyev bu il neçə ölkəyə səfər edib?
- İlham Əliyev onlara “Tərəqqi” medalı verdi - SİYAHI
- İlham Əliyev “Azərsu”ya 3,73 milyon ayırdı
- İlham Əliyev Belarusa gedir