Əfsanəvi ifaçı yanaraq ölüb - VİDEO


00:46     20 Yanvar 2017 loalwa-braz.jpg

Ötən əsrin 1980-ci illərin sonlarında məşhur “Lambada” hitinin ifaçısı Loalva Braz Braziliyada 64 yaşında faciəvi şəkildə ölüb.


Femida.az `RİA Novosti`yə istinadən xəbər verir ki, 64 yaşlı məşhur braziliyalı müğənninin Rio-de-Janeyroda avtomobildə yanmış meyiti tapılıb.

Hüquq-mühafizə orqanları qətl versiyasını istisna etmirlər. Polisin əldə etdiyi məlumatlara görə, ölümündən bir gün əvvəl müğənninin evində onun iki naməlum şəxs olub. Ehtimal edilir ki, o, yandırılaraq öldürülüb.

Hazırda polis faktla bağlı araşdırma aparır.

Qeyd edək ki, Loalva Braz 1953-cü ildə Rio-de-Janeyroda anadan olub. Amma o, əsl şöhrətini Fransaya köçəndən sonra qazanıb. Fransada Fransa-Braziliya pop qrupu olan Kaomanın solisti olub. 1989-cu ildə kollektiv bir çox ölkələrin hit-paradında birinci yerdə duran "Lambada" mahnısını yazıb.



Femida.az

Açar sözlər:

Oxunub: 1781