20 Yanvar şəhidləri Silahlı Qüvvələrdə anılıb
21:16 20 Yanvar 2017
Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən birlik, birləşmə, hərbi hissə, xüsusi təyinatlı hərbi təhsil müəssisələri, mərkəzi və qarnizon zabitlər evlərində Ümumxalq hüzn günü ilə əlaqədar tədbirlər təşkil olunub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Femida.az-a verilən məlumata görə, tədbirlərdə 20 Yanvar faciəsinin tarixi əhəmiyyəti xüsusi vurğulanaraq ümummilli lider Heydər Əliyev və Azərbaycan prezidenti İlham Əliyevin hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasət haqqında məlumatlar verilib.
Anma tədbirlərində şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilib, müxtəlif bölgələrdəki xiyabanlar ziyarət edilib, sərgilərə baxılıb, ədəbi-bədii kompozisiyalar və sənədli filmlər nümayiş olunub.
Bu gün həmçinin Müdafiə Nazirliyinin rəhbərliyi və şəxsi heyəti 20 Yanvar Ümumxalq hüzn günü ilə əlaqədar Şəhidlər xiyabanını ziyarət edib. Hərbi qulluqçular şəhidlərin xatirəsini yad edib, məzarları üzərinə gül dəstələri qoyublar.
Femida.az
Oxunub: 1536
Oxşar xəbərlər
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (27.09.2022)
- Vanqanın Putinlə bağlı ŞOK PROQNOZU: 2023-cü ildə görün nə olacaq
- Ukrayna Baş Qərargahı: "Rusiyanın daha 200 hərbçisi məhv edilib"
- Ermənistan ordusunun itkiləri 150-200 nəfərdir
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (05.09.2022)
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.09.2022)
- 200 000 qatlanma. “Samsung”un yeni qatlana bilən smartfonları nə qədər davamlıdır?
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (17.08.2022)
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (03.08.2022)
- Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (02.08.2022)