Şəhidlərimiz Ərəbistanda anıldı


18:31     22 Yanvar 2017 ereb.PNG

Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində 20 yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar anma mərasimi keçirilib.


Diplomatik nümayəndəlikdən Femida.az-a verilən məlumata görə, tədbirdə səfirliyin əməkdaşları, xarici qonaqlar, ziyalılar, iş adamları və SƏK-də yaşayan həmvətənlərimiz iştirak ediblər.
Əvvəlcə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra səfir Rasim Rzayev 1990-cı ilin 20 yanvar tarixində Sovet ordusu tərəfindən Azərbaycanda törədilmiş faciə və Azərbaycanın azadlığı uğrunda küçələrə çıxmış dinc sakinlərə qarşı törədilmiş cinayətlər haqqında geniş məlumat verib.
Ardınca səfirliyin əməkdaşları - I katibi Mehdi Abdullayev və III katibi İmran Sadıxov, SƏK-də yaşayan həmvətənimiz Yaşar Vəliyev və başqaları 20 Yanvar hadisələri barədə fikir və mülahizələrini bölüşüblər.
Səfirliyin II-ci katibi Elvin Xəlilli Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin 1990-cı il 20 Yanvar faciəsinin 27-ci ildönümü ilə əlaqədar bəyanatı oxuyub.
Rəsmi hissədən sonra iştirakçılar səfirlikdə yaradılmış Qanlı Yanvarın dəhşətlərini təsvir edən foromateriallarla tanış olublar.
20 Yanvar – Şəhidlərin xatirə günü ilə əlaqədar Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) bəyanatı SƏK, Bəhreyn və Oman XİN-lərinə, o cümlədən, Ciddə şəhərində yerləşən İslam Əməkdaşlıq Təşkilatına göndərilib və orada yayımlanıb.

Açar sözlər:

Oxunub: 1624