Cəbhədə döyüşlər yenidən qızışdı


02:19     30 İyul 2015 62231_src.jpg

Ötən gecə separatçılar Ukrayna ordusuna qarşı hücuma keçib.


Femida.az xəbər verir ki, bu barədə ATO-nun “facebook” səhifəsində məlumat yayılıb.

Məlumata görə, separatçıların 100 döyüşçüsü Ukrayna ordusunun mövqelərini tutmağa cəhd edib. Güclü atışmadan sonra separatçılar geri çəkilib.

Bu gün səhər saatlarında isə separatçılar ağır artilleriyadan atəş açıblar. ATO-nun məlumatına görə, Ukrayna ordusu mövqelərini möhkəmləndirə bilib və heç bir itki verməyib.

Ekspertlər Ukraynada müharibənin yenidən başlaması ehtimalını istisna etmirlər.

Açar sözlər:

Oxunub: 1005